RU

Qaya parçalarının düşdüyü Bakı Kənar Dairəvi Yolunda SON VƏZİYYƏT

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı Kənar Dairəvi Yolunda hələ də qaya parçaları var və bu, sürücülər üçün təhlükəlidir.
Bunu əks etdirən videogörüntü Oxu.Az-ın redaksiyasına göndərilib.
Qeyd olunub ki, bu gün səhər saatlarında yolun həm sağ, həm də sol tərəfində qaya parçaları olub ki, bu da sürücülər üçün təhlükə yaradıb.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev qeyd edib ki, sürüşmə-qopma ehtimalı olan qalıqların hamısı yuxarı hissədən təmizlənib.
"Artıq hansısa qaya parçasının yola düşmə ehtimalı yoxdur. Ərazidə təhlükəsizlik tam şəkildə təmin olunub. Həmin ərazi təmizlənəndə, hərəkət məhdudlaşdırılan zaman bəzi qaya parçaları yolun sağ tərəfinə düşmüş, bəziləri ağaclıqların arasında qalmışdı. Hazırda onlar da təmizlənib. Yolda hər hansı məhdudiyyət yoxdur, bütün zəruri tədbirlər görülür. Hərəkətin təhlükəsizliyi tam şəkildə təmin olunub", - deyə açıqlamada bildirilir.
Xatırladaq ki, oktyabrın 28-də Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçaları uçaraq Bakı Kənar Dairəvi Yoluna tökülüb.
Əzizə İsmayılova
Избранный
15
21
oxu.az

10Источники