"Football-plus.az" xəbər verir ki, litvalı mütəxəssis ölkə çempionunun Belçika klubuna məğlubiyyətini şərh edib:
"Yaxşı müdafiə olunurduq. Amma çox sadə səhvlər edirdik. Hətta köməkçilərimə dedim ki, karyeramda belə sadə səhvlər görməmişdim. Bəlkə də bu oyunun yaratdığı təzyiqlə bağlı idi. Oyunçularım bu təzyiqlə bacara bilmədi. Rəqib 11 nəfərlə oynayırdı, bizdə isə 7 nəfər var idi. Endar Poladxanlı və DeAndryus zədəlidi. Dizində zədə var. Təzyiqlə bacara bilmədik. Üstəlik, Trevon Duval da idmançıya yaraşmayan hərəkətə görə texniki foul aldı".