RU

Bakıda ən bahalı və ən ucuz kirayə mənzillər bu ərazilərdədir

Bir neçə ildir ki, paytaxtın kirayə mənzil bazarında bahalaşma dalğası hökm sürür. Ekspertlər və realtorlar bu tendensiyanı müxtəlif səbəblərlə izah edir. Başlıca faktorlar söküntülərin artması, hər il bir qədər də artan tələbə axını və iş məqsədi ilə Bakıya üz tutan vətəndaşlardır.

Kirayə ev axtaranların böyük əksəriyyəti ödənişlər və qiymətlərin münasib olmasına görə daha çox mərkəzdən nisbətən kənarda yerləşən ərazilərə üz tuturlar.

Valyuta.az xəbər verir, Yenisabah.az Bakının rayonları üzrə kirayə qiymətlərini araşdırıb.

Müşahidələrimizə görə, hazırda paytaxtda ən bahalı kirayə mənzillər Nəsimi rayonunda təklif edilir. Ərazi baxımından Bakının ən mərkəzi rayonu hesab olunan Nəsimidə 1 otaqlı mənzil 600-800 manat, 2 otaqlı mənzil 800-1200 manat, 3 otaqlı mənzil isə 1200-2000 manat dəyərindədir. 

Siyahının 2-ci və 3-cü sırasını Nərimanov və Yasamal rayonları bölüşür. Nərimanovda müvafiq olaraq, 1 otaqlı 550-750, 2 otaqlı 750-1100, 3 otaqlı mənzil isə 1100-1600 manata təklif olunur. Yasamalda isə kirayə qiymətlər cüzi fərqlə daha ucuzdur. 

Paytaxt rayonları içərisində ən ucuz kirayə mənzillər isə ardıcılı olaraq, Binəqədi, Sabunçu və Suraxanı rayonlarındadır. Binəqədidə 1 otaqlı mənzillər 200-300 manat, 2 otaqlı mənzillər 300-400 manat, 3 otaqlı isə 400-500 manat müqabilində verilir. Sabunçu və Suraxanıda isə kirayə qiymətləri Binəqədi rayonuna nisbətən biraz da yüksəkdir (hər otaq seqmentində təxminən 50 manat).

Bu qiymətlər nisbi xarakter daşıyır və mənzillərin təmirli olub-olmamasına, eyni zamanda, mərtəbəyə görə dəyişir. Sadalanan ərazilərdə nəzərdə tutulan qiymətlərdən olduqca yüksək və aşağı dəyərdə mənzillər tapmaq da mümkündür.

Избранный
4
2
valyuta.az

3Источники