RU

"COP29 Xüsusi Viza"sı 3 iş günü ərzində rəsmiləşdiriləcək

"COP29 Xüsusi Viza"sına müraciətin təqdim edilməsindən sonra 3 iş günü ərzində vizanın rəsmiləşdirilməsi nəzərdə tutulur.

Azerforum.com xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") "Asan Viza" departamentinin müdiri İsmayıl Rəsulzadə bildirib.

Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Azərbaycanda keçirilməsi ilə əlaqəli ölkəyə səfər edəcək rəsmi şəxslər, nümayəndə heyətləri və digər qonaqların rahatlığının təmin edilməsi üçün xüsusi giriş vizalarının rəsmiləşdirilməsi davam edir.

Departament müdiri xatırladıb ki, bununla əlaqədar bu ilin yanvar ayından Agentliyin operatoru olduğu "ASAN Viza" sistemi üzərindən fəaliyyət göstərən portalın hazırlanmasına start verilib: "Ötən dövr ərzində COP29 Azərbaycan Əməliyyat Şirkəti, Xarici İşlər Nazirliyi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (United Nations Framework Convention on Climate Change - UNFCCC) ilə qarşılıqlı inteqrasiya təmin edilib".

İ.Rəsulzadə deyib ki, "COP29 Xüsusi Viza"sı Azərbaycana səfər edən COP29 iştirakçılarından tələb olunur: "Bu vizanı həm rəsmi elektron viza portalı, həm də Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə etmək mümkündür. 200-ə yaxın ölkədən on minlərlə iştirakçının COP29-a qatılacağı nəzərə alınaraq portalın ingilis, alman, fransız, ispan, ivrit, italyan, rus, ərəb, fars, Çin və Koreya dillərində fəaliyyəti təmin edilib".

Избранный
326
50
azerforum.com

10Источники