RU

İmaməddin Xəlilovun həyəcanının SƏBƏBİ

“Çox həyəcanlı idim”.

Bunu İdman.bizə Azərbaycan millisinin parataekvondoçusu İmaməddin Xəlilov (70 kq, K44) deyib.

O, ilk dəfə keçirdiyi ustad dərsindən danışıb. Paralimpiya, dünya və Avropa çempionunun sözlərinə görə, o, buna Paralimpiadaya hazırlaşdığı kimi hazırlaşıb: “Çox xoş oldu. Əlimdən qədər çalışdım ki, uşaqlar məndən maksimum nəsə öyrənsinlər. Özüm kimi fiziki qüsurlu uşaqların həyata baxış bucaqlarının dəyişməsinə şahid oldum. İnanıram ki, belə uşaqlarımızın sayı getdikcə artacaq. Belə bir dərsdə iştirak etdiyim üçün özümlə çox qürur duydum. Planımız var ki, belə dərsləri başqa şəhərlərdə də həyata keçirdək. Çünki parataekvondonun ölkədə yayılmasını istəyirəm”.

Xəlilov bildirib ki, qarşıdakı hədəfi gələn il keçiriləcək dünya çempionatında titulunu qorumaq olacaq: “Həmçinin 3-cü dəfə Avropa çempionu olmaq istəyirəm”.

Qeyd edək ki, ustad dərsinə 30-a yaxın uşaq və yeniyetmə parataekvondoçu qatılıb.

Banuçiçək Hüseynli
İdman.biz

Избранный
43
idman.biz

1Источники