"Araz-Naxçıvan" klubunun moldovalı qapıçısı Kristian Avram ölkəsinin yığmasına dəvət alıb.
90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı oyunçu noyabrın 11-dən 20-dək millinin düşərgəsində olacaq.
Qeyd edək ki, Moldova yığması noyabrın 16-da Millətlər Liqasında Andorra ilə qarşılaşacaq. Komanda bundan üç gün sonra Cəbəllütariqlə yoxlama matçında qüvvəsini sınayacaq.