Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev və Budapeşt digər məsələlərlə yanaşı, təhlükəsizlik məsələləri və respublikanın NATO-ya üzvlüyü məsələsinə də toxunacaq ikitərəfli sənəd üzərində işləyir.
HİT.az bu barədə "Ukrinform"a istinadən xəbər verir.
Onun sözlərinə görə, saziş anlaşılmazlıqları aradan qaldırmağa və ya zamanımızın, keçmişimizin və gələcəyimizin çağırışlarına cavab verməyə imkan verəcək. "Müqavilə Ukraynadakı macar milli azlıqları ilə bağlı problemi bir daha gündəmə gətirməməyə imkan verəcək", deyə o, aydınlaşdırıb.
Zelenski bildirib ki, Kiyev sənədə çox müsbət yanaşır. Ukrayna lideri həmçinin qeyd edib ki, təhlükəsizlik məsələləri sazişin tərkib hissəsinə çevriləcək.
“Macarıstandan ən az xahişimiz odur ki, Ukraynanın NATO-ya dəvətinə mane olmasın. Yəni, bizi dəstəkləməyin, səs verməyin, amma bizə mane olmayın”, deyə Zelenski izah edib.
Oktyabrın 23-də Viktor Orban bildirib ki, Kiyev və Brüssel Ukraynanı NATO-ya dəvət etməklə bütün Avropanı Rusiya ilə müharibəyə sürükləmək istəyir. Orban deyib ki, Ukrayna lideri Zelenskinin “qələbə planı” münaqişəni genişləndirmək, Ukraynanı NATO-ya dəvət etmək və döyüşləri Rusiyaya keçirməkdir.
Samir