RU

"Məqsədimiz iki il ərzində kağızdan imtina etməkdir" — Rəşad Əzizov

"Biz mədəni irsimizin qorunmasını əldə etmək istəyiriksə, bu, mütləq şəkildə rəqəmsallaşma tələblərinə uyğun olmalıdır. Hazırda ölkəmizdə bunun üçün şərait yaradılır. Rəqəmsallaşma innovasiyaları cənab İlham Əliyevin diqqətindədir. Görülən işlər göz önündədir. Əməkdaşlıq etdiyimiz dövlət qurumları böyük addımlar atırlar. 
3 il ərzində böyük işlər planlaşdırılır. Əsas məsələ bu işlərin necə görülməsidir. Mədəniyyət sahəsində on minlərlə insan çalışır. Onların rəqəmsallaşmadan xəbərdar olması çox vacibdir. Hər biri istedadlı insanlardır. Amma müasir standartların tədqiqi olduqca çətin məsələdir. Hər bir insan buna hazır olmalıdır".

Demokrat.az
xəbər verir ki, bu sözləri Mədəniyyət Nazirliyinin yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov deyib. 

Onun sözlərinə görə, bütün məlumatların bir bazada əks olunması lazım idi. Ümumiyyətlə, bütün proseslərin bir mexanizmlə işləməsi üçün özümüz üçün arxiektura qurduq. Burada əsasən data əsaslı olan pillədir. 

"Biz çalışırıq ki, bizim sahəmizdə olan bütün məlumatları mütləq şəkildə rəqəmsallaşdıraq. Məqsədimiz iki il ərzində kağızdan imtina etməkdir. Yalnız bunu reallaşdırdığımız halda tam elektronlaşmış xidmətlər ortaya gələcək. Gündəlik həyatda olan prosesləri mütləq şəkildə elektronlaşdırmalıyıq. 
Artıq "Data gölünün" yaranmasına start verilib".

O, sonda görülən işlər haqqında slayd təqdim edib. 


Mehriban Mirzəzadə
Demokrat.az
Избранный
29
demokrat.az

1Источники