RU

Paşinyan: "Ermənistan vətəndaşlarının böyük əksəriyyəti dövlət müstəqilliyinin dəqiq tarixini bilmir"

Image

Ermənistan vətəndaşlarının böyük əksəriyyəti dövlət müstəqilliyinin dəqiq tarixini bilmir. Bu acınacaqlı haldır və məni çox təsirləndirir. Bunu Nikol Paşinyan hökumətin oktyabrın 31-də keçirilmiş iclasında deyib.

O bildirib ki, keçirilən rəy sorğusunun nəticələrinə görə, insanların bir hissəsi dövlət müstəqilliyi gününü düzgün deyir, ayı səhv salır, digər hissəsi isə əksinə, ayı düzgün desə də, günü səhv salır.

“Biz bu problemi informasiya işimizə daxil etməliyik ki, vətəndaşlar öz dövlətlərini, onun nə olduğunu, necə işlədiyini, bütün üstünlükləri və mənfi cəhətləri ilə bilsinlər”, - deyə Paşinyan vurğulayıb.

ZÜMRÜD





Избранный
15
3
baki-xeber.com

4Источники