Müəllif: Tamara Mustafayeva, Banco.az
Kristin Laqard: 2 faiz inflyasiya hədəfinə 2025-ci ildə nail olunacaq.
Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard ECB-nin saytında yer alan Fransanın “Le Monde” qəzetinə müsahibəsində bəzi məqamlara toxunub.
O qeyd edib ki, bu yaxınlarda ECB-nin keçmiş prezidenti Mario Draqinin Avropa iqtisadiyyatının qlobal inkişaflara qarşı rəqabət qabiliyyətinə dair dərc etdiyi tənqidi hesabat faktları əks etdirir.
Draqinin hesabatında texnologiya sektorundan yaranan məhsuldarlıq boşluğuna diqqət çəkdiyini vurğulayan Laqard, “Avropada fəaliyyətə başlayan, sonra isə başqa yerlərdə inkişaf edən şirkətlərin qalması üçün səy göstərməliyik. Biz onların qalmasına çalışmalıyıq”, ifadələrindən istifadə edib.
Avropa iqtisadiyyatındakı mövcud vəziyyəti qiymətləndirən Laqard qitə iqtisadiyyatı üçün bu il, 2025 və ya 2026-cı illərdə heç bir tənəzzül əlaməti görmədiklərini bildirib.
İnflyasiya ilə mübarizənin hələ bitmədiyini bildirən Laqard diqqətə çatdırıb ki, iki il əvvəl inflyasiya 10,6 faiz idi.