RU

Bu ölkədə qeyri-adi festival: İnsanlar bir-birilərinə nəcis atır - Video

Dünyanın müxtəlif yerlərində fərqli-fərqli festivallar keçirilir. Məsələn boya, rəqs, pivə, pomidor və s. festivallar var.

Ölkə.Az “hindustan times”a istinadla xəbər verir ki, bunların içərisində yəqin ki, ən qeyri-adi olanı nəcis festivalıdır.

Hindistanda Divali festivalı başa çatdıqdan sonra Karnatakada Benqalurdan təxminən 180 km cənubda yerləşən Qumatapura kəndinin sakinləri inək peyin festivalını qeyd edir.

Bu festival Hindistanın ən mühüm hindu festivalı olan Divalinin sonunu qeyd məqsədilə keçirilir və bu zaman kəndin yerli ritualının bir hissəsi olaraq insanlar bir-birinin üzərinə peyin atır.

Məlumata görə, insanlar “gorehabba" və ya "gore habba” dedikləri bu festivalda iştirak etmək üçün hər il Qumatapuraya axın edir. 
Şənbə günü keçirilən festivalda iştirak edənlər inanır ki, bu sayədə onların əgər hansısa xəstəliyi varsa, sağalacaq. Bəzi hindular inəklərin və onların istehsal etdikləri hər şeyin müqəddəs və təmizləyici olduğuna inanırlar.

Xatırladaq ki, inək Hindistanda müqəddəs heyvandır. Hətta baş nazir Narendra Modinin partiyasının üzvləri Covid-19 və digər xəstəliklərin qarşısını almaq və müalicə etmək üçün inək sidiyindən istifadə etməyi təklif edirdilər.
N.Modi hökuməti həmçinin mal tullantılarından diş pastası, şampunlar və ağcaqanad qovucu vasitələrin istehsalını təşviq etmək istəyir.

Qeyd edək ki, Divali festivalı bu bayram oktyabr ayının sonu noyabr ayının əvvəllərinə təsadüf edir. Novruz bayramına bənzəyən Divali zamanı paytaxt Yeni Dehli işıqlara bürünür. Sonra ölkənin bütün şəhərləri aydınlanır. Divali bayramında insanlar yeni paltarlar geyinir, evlərini təmizləyir. Bu bayram günü mithai adlandırılan yemək hazırlanır. Ailə fərdlərinin bir masa arxasında əyləşərək bu yeməyi yeməsi vacibdir. Daha sonra onlar ailə üzvlərinə və dostlarına hədiyyələr bağışlayırlar.

Billurə

Избранный
30
1
olke.az

2Источники