Avropanın Avio şirkəti ABŞ-da bərk raket mühərrikləri istehsal edəcək zavod tikməyi planlaşdırıb.
Oxu24.com xəbər verir ki, bu barədə SpaceNews məlumat yayıb.
Zavodun ABŞ-da açılışı 2028-ci ildə planlaşdırılır. ACMI Properties hazırda Avio üçün zavod tikmək üçün yer axtarır. Tərəflər 2025-ci ilin birinci yarısında gələcək müəssisənin yeri barədə qərar verməyi planlaşdırırlar.
İyul ayında nəşr ABŞ-ın Avropadan bərk raket gücləndiriciləri alacağını bildirmişdi. Amerikanın Raytheon korporasiyası ilə İtaliyanın Avio aerokosmik şirkəti arasında bağlanan müqavilə Avropada bərk raket mühərriklərinin işlənib hazırlanmasını və istehsalını nəzərdə tutur ki, onların ABŞ-da kifayət qədər miqdarda istehsalı, artan tələbat fonunda qeyri-mümkündür.
Miri