RU

Qazaxıstan Almaniyaya neft tədarükünü artırmağa hazırdır

Qazaxıstan “Drujba” kəməri ilə Almaniyaya neft nəqlinin həcmini artırmağa hazırdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev bildirib.

Onun sözlərinə görə, bu, daha çox Almaniyanın Şvedt şəhərindəki neft emalı zavodunun müraciətlərindən və Qazaxıstanın Rusiya ərazisindən tranzitini nə dərəcədə təmin edə biləcəyindən asılı olacaq.

“Ümumiyyətlə, biz Qazaxıstan tərəfində bu həcmləri artırmağa hazırıq; bu istiqamətdə neft tədarükündə maraqlı olan tədarükçülər var”, – deyən Satqəliyev məsələnin bütün iştirakçılarla birlikdə işlənəcəyini bildirib.

Sentyabrda Qazaxıstanın Energetika Nazirliyi Almaniyaya neft tədarükü ilə bağlı müqavilənin 2025-ci ilin sonuna qədər uzadıldığını açıqlamışdı.

Избранный
3
1
nocomment.az

2Источники