RU

Yeni Zelandiyada insanları qorxuya salan heykəl sökülür

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yeni Zelandiyada yerli sakinləri qorxudan insan üzlü əl heykəli sökülür.
Oxu.Az xəbər verir ki, bu barədə UPI yazır.
"Kvazi" kimi tanınan insan sifətinə malik nəhəng əlin heykəli son beş ildir yerləşdiyi Vellinqton şəhər qalereyasının damından söküləcək. 2016-cı ildə Kraystçerç İncəsənət Qalereyasının sifarişi ilə rəssam Ronni van Hautun yaratdığı əsər yerli sakinlər tərəfindən birmənalı qarşılanmayıb.
Vellinqton Heykəltəraşlıq Fondunun sədri Ceyn Blek bildirib ki, "Kvazi"nin götürülməsi şəhərin mənzərəsi üçün əhəmiyyətli itkidir.
"Bu heykəlin analoqu yox idi və ilk gündən sensasiya yaratmışdı", - o bildirib.
Sökülmə həftənin sonuna planlaşdırılır, bundan sonra heykəl Avstraliyaya göndəriləcək, lakin onun quraşdırılacağı yer hələ elan edilməyib.
Избранный
95
18
oxu.az

10Источники