RU

Niderlandın inkişafının böyük hissəsi əsarət altındakı ölkələrin milli sərvətlərinin talanması nəticəsində baş verib - ABŞ mətbuatı

Bakı. Trend:

Niderlandın müstəmləkə keçmişi Asiya, Afrika və Amerikadaçoxsaylı xalqların əsarət altına alınması və istismarı, eləcə dəonlara qarşı törədilmiş çoxsaylı cinayətlər ilə yadda qalıb.Niderland qəddar taktikalarla öz imperiyasını genişləndirməkləparalel olaraq insan haqları məsələsinin spekulyasiyası ilə dəmaraqlarını təmin etməyə üstünlük verib. Niderlandın inkişafı böyükhissəsi əsarət altındakı ölkələrin milli sərvətlərinin talanmasınəticəsində baş verib.

Trend xəbərverir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, bu barədə tanınmış politoloq və jurnalist, DonaQrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru ReyçelAvraham baş qərargahı ABŞ-nin Nyu York şəhərində yerləşən XariciSiyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş “AzərbaycanNiderlandın son qətnamələrinə cavab verir” sərlövhəli məqaləsindəyazıb. Müəllif qeyd olunan səbəbdən dünyanın müxtəlif xalqlarınıasılı vəziyyətdə saxlamağa davam edən Niderlandın özmüstəmləkəçilik tarixinin ağır nəticələrini aradan qaldırmaq üçünsəy göstərməsi barədə bəyanatını riyakarlıq kimi qiymətləndirib. Buyaxınlarda Niderland parlamenti tərəfindən qəbul olunmuş,Ermənistana və könüllü olaraq Qarabağdan köçmüş ermənilərə dəstəkxarakterli iki qətnaməni qərəzli və ədalətsiz hesab edib.

Məqalədə Niderland parlamentinin bu təşəbbüsündən sonra xariciişlər naziri Kaspar Veldkampın çıxışında həmin qətnamələridəstəkləməsi, üstəlik Xankəndidəki keçmiş separatçı rejimlə əlaqəlişəxsləri və terrorçuları “hərbi əsir” adlandırması, onların azadolunmasına çağırış etməsi “zanbaqlar ölkəsi”nin ikili standartlarsiyasətinin aşkar isbatı kimi səciyyələndirilib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://foreignpolicyblogs.com/2024/10/24/azerbaijan-responds-to-recent-dutch-resolutions/

Избранный
19
3
az.trend.az

4Источники