RU

Pezeşkian: Əli dövləti qurduğumuzu deyirik, amma…

İranın prezidenti Məsud Pezeşkian ötən gün Qum şəhərinə səfər edərək, oradakı din xadimləri ilə görüşüb. Tribunainfo.az xəbər verir ki, ayətullah Məkarim Şirazi ilə görüşdə isə maraqlı dialoq yaşanıb və fikirlər səsləndirilib.
Məkarim Şirazi bildirib ki, İranda qadınlara məcburi qaydada hicab tələbi qoymaq yanlışdır. Onun sözlərinə görə, bu məsələ zorla həyata keçirilməməlidir.
Pezeşkian isə söhbət əsnasında İran molla rejimini dolayısı ilə tənqid edib. O deyib: “Biz özümüzə İslam ölkəsi qruduğumuzu, Əli şiəsi olduğumuzu deyirik. Lakin Həzrət Əlinin dediklərinin heç birini etmirik. Onu nə gündəlik həyatımızda, nə də idarəçilikdə tətbiq etmirik”.

Избранный
30
tribunainfo.az

1Источники