RU

“Tibb Universitetini bitirən tələbələr rayonlara təyinat almalıdır”

“Tibb

“Hər il Tibb Universiteti çoxsaylı tələbə bitirir. Onlara niyə rayonlara təyinat vermirlər?”.

Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri MilliMəclisin plenar iclasında çıxışı zamanı deputat Aqil Abbas deyib.

A.Abbas bildirib ki, təyinatla bölgələrə gedən tələbələrə imtiyaz da verilə bilər: “Məsələn indi Xankəndidə işləmək üçün hamı can atır. Digər bölgələrdə işləyən həkimlərin mənzil və kirayə məsələsini də həll etmək olar. Yəni, bu imtiyazlar verilmək şərtilə tibb universitetinin məzunlarına rayonlara təyinat verilməsi məsələsi qaldırılmalıdır. Hörmətli Əhliman Əmiraslanov uzun illər Tibb Universitetinin rektoru olub. Xahiş edirəm ki, bu məsələni qaldırsın və bu məsələ qanun layihəsinə daxil edilsin”.

Spiker Sahibə Qafarova isə Aqil Abbasova cavab olaraq faktlarla danışmasını tövsiyə edib.

Xaqlcəbhəsi.az

Избранный
23
xalqcebhesi.az

1Источники