Gələn ildən etibarən dövlət sektorunda çalışanların həyatın yaşam sığortasına qoşulması dayandırılacaq.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, bu dəyişiklik həyatın yaşam sığortası üzrə müqavilələrin 50% azalmasına yol açacaq.
Həyatın yaşam sığortası üzrə yığımlar isə 60% civarında azalacaq.
Lakin özəl sektor həyatın yaşam sığortasına cəlb ediləcək və bununla da sektor azalmalarını bərpa edəcək.