Başqırdıstanda strateji müəssisələrə pilotsuz təyyarələr hücum edib.
Başqırdıstanın rəhbəri Radiy Xabirov dron hücumu ilə bağlı xəbərləri təsdiqləyib. O bildirib ki, Başqırdıstan yanacaq-energetika kompleksinin sənaye müəssisələrinə üç Ukrayna pilotsuz təyyarəsi tərəfindən hücum edilib.
Xabirov itki və dağıntı olmadığını iddia edir.
“Bir PUA müəssisələrdən birinin ərazisinə zərbə endirib və nəticədə cüzi dağıntı var. Digər iki PUA sənaye zonasına zərbə endirib”, - deyə Xabirov Telegram kanalında yazıb.
Xabirovun açıqlamasından əvvəl Başqırdıstanın paytaxtı Ufada hava limanının bağlanması ilə bağlı xəbərlər yayılıb və yerli nəşrlər dronların yerli zavodlara hücum etməyə çalışdığını yazıblar.
Oxuməni.az