RU

Türk dövlətlərinin liderləri gələn həftə bu ölkədə toplanır

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 11-ci Zirvə Görüşü 6 noyabr 2024-cü il tarixində Qırğız Respublikasının paytaxtı Bişkekdə keçiriləcək.

Turkustan.az TDT-nin rəsmi saytına istinadən xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ev sahibliyi edəcəyi Sammitdə Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistan prezidentləri iştirak edəcək.

Bundan əlavə, TDT Müşahidəçilərinin Hökumət Başçıları və TDT Baş Katibləri də sammitdə iştirak edəcəklər.

Bildirilib ki, “Türk Dünyasının Gücləndirilməsi: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və Hamı üçün Təhlükəsizlik” şüarı ilə keçiriləcək Sammit Təşkilatın hərtərəfli gündəliyi ilə bağlı yüksək səviyyəli müzakirələr üçün mühüm platforma yaradacaq.

Liderlər əsas məsələlər üzrə qərarlar qəbul edəcək, sazişlər imzalayacaq və iqtisadiyyat, ticarət, rəqəmsal transformasiya, nəqliyyat və təhlükəsizlik sahələrində TDT layihələri ilə bağlı rəsmi sənədləri təsdiq edəcəklər gündəliyə həmçinin üzv dövlətlər və müşahidəçilər arasında müxtəlif sahələrdə çoxtərəfli əməkdaşlığa diqqət yetirilməklə, regionda və ondan kənarda baş verən siyasi və iqtisadi hadisələrin müzakirələri də daxil ediləcək.

Qeyd edilib ki, Sammitin başa çatması ilə liderlər Qazaxıstandan Qırğızıstan Respublikasına keçəcək və bağlanış mərasimində dövlət başçıları Bişkek Bəyannaməsini və bəzi mühüm qərarları imzalayacaqlar. /apa.az/

Избранный
22
turkustan.az

1Источники