RU

Kurskun işğalını Kremlin hiyləgər planı adlandırdı, "Solovyov Life"dan qovuldu

Aparıcı Yuliya Vityazeva Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunun Rusiyanın “hiyləgər planının” bir hissəsi olduğunu deməsindən sonra o, “Solovyov Live” telekanalından qovulub. Bu barədə Gazeta.ru məlumat yayıb.

Onun paylaşımı müharibəyə aid Telegram kanallarında kəskin reaksiyaya səbəb olub. Qadın Kursk sərhəd bölgəsində Ukrayna Silahlı Qüvvələrinin hücumunu dəf edən Rusiya hərbçilərinin fəaliyyətini dəyərdən salmaqda günahlandırılıb.

Hərbi bloqçular həmçinin qeyd ediblər ki, Vityazeva əvvəllər Müdafiə Nazirliyinin rəsmi “Zvezda” telekanalında işləyib və “İgidliyə görə” ordeni ilə də təltif edilib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Избранный
17
news365.az

1Источники