Meksikada dəstə zorakılığına görə insanlardan "Halloween" bayramında maska və kostyum geyinməmək tələb edilib.
Bakıvaxtı.az "Son Dakika"ya istinadən xəbər verir ki, bu barədə İctimai Təhlükəsizlik naziri Gerardo Merida Sançez açıqlama verib.
O, Meksikanın Sinaloa əyalətində qrup zorakılığı hadisələrinin sayının artmasını əsas gətirərək, insanlara "Halloween"da maska və ya kostyum geyinməmək barədə xəbərdarlıq edib.
"Kostyum və ya maska taxmayın, saxta silah gəzdirməyin və ya cinayətkar kimi poza verməyin. Gecə gec saatlarda çöldə qalmayın", - deyə Sançes qeyd edib.
Gülşən Şərif