RU

Rusiyalı deputata hücum edildi

Anqarskda naməlum iki nəfər əlində beysbol dəyənəkləri ilə İrkutski deputatı Aleksandr Kuranova küçədə hücum edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “REN TV” öz Telegram kanalında məlumat verib.

Məlumata görə Kuranov bildirib ki, deputat küçədə telefonda danışarkən arxadan iki nəfər ona yaxınlaşıb və başına bir neçə dəfə zərbə vurub. Bundan sonra deputat yerə yıxılıb.

 

Onun sözlərinə görə, cinayətkarlar onu döyməyə davam edib. Onları yoldan keçənlər dayandırıb. Kuranov hücum edənlərin üzlərini görməyə imkan tapmadığını qeyd edib, lakin onların yetkin və güclü şəxslər olduğunu deyib.

Deputat bu hücumun onun deputat fəaliyyəti ilə əlaqəli olduğuna əmindir. “REN TV” ilə söhbətində o, hücumu sifarişli cinayət hesab etdiyini bildirib.

Hazırda vəziyyətinin normal olduğunu deyən Kuranov hadisədən sonra polisə müraciət edib.\\Sfera.az

 

Избранный
51
28
nocomment.az

10Источники