RU

İraq baş naziri Ərdoğanla görüşdü

İraq

İraqın Baş naziri Məhəmməd Sudani Türkiyədə səfərdədir.

Xalqcebhesi.az xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş nazirini qəbul edib.

İstanbulda yerləşən Vahdettin köşkündə keçirilən görüşdə Türkiyə-İraq arasındakı ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələlər də müzakirə edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan İraq hökumətinin PKK/KCK terror təşkilatı ilə mübarizəyə dair atdığı müsbət addımların Türkiyədə məmnunluqla qarşılandığını vurğulayıb.

Избранный
12
5
xalqcebhesi.az

10Источники