RU

Qeyri-adi canlı: Erkəkləri bala doğan dənizatları— VİDEO

İlk dəniz atları Yer üzündə 13 milyon il əvvəl peyda olublar. Hal-hazırda 54 növü mövcuddur.

Oxu24.com xəbər verir  ki,  onların 30-nun nəsli kəsilmək üzrədir. Elə təkcə Çində ildə 20 milyonadək dəniz atı tutulur. Suvenir düzəldirlər, qurudub xalq təbabətində istifadə edirlər (əsasən impotensiyanın müalicəsi üçün)… 1 kilo dəniz atının qiyməti 600 dollardan 3000 dollaradək olur.
Bəxtləri onda gətirib ki, üzərilərindəki tikan kimi dərinin hesabına bunlara qida gözü ilə baxan o qədər də çox deyil.

Şahmatdakı at fiquruna oxşadıqlarına görə belə adlanırlar. Ən kiçiyinin  ölçüsü 2 sm, ən böyüyünün – 30 sm-dək olur.

Əsasən isti, sakit, şəffaf tropik sularda yaşayırlar. Akvarium filanda saxlanılan dəniz atları stresə düşüb yeməkdən imtina edirlər və məhv olurlar. Bu hələ azmış kimi, suyun güclü yırğalanması nəticəsində də əldən düşüb ölürlər.

Xameleon kimi bədənlərinin rəngini dəyişib ətraf mühitə səpələnə bilirlər ki, bu da onlara ov gözüylə baxanları depressiyaya salır. Xameleondan daha bir xüsusiyyəti də mənimsəyiblər: gözləri müxtəlif səmtə baxa bilir.

Bellərindəki üzgəcləri saniyədə 30-35 dəfə hərəkət edir. Sinələrindəkiləri də sükan kimi istifadə olunur.

Çox aşağı hərəkət sürətlərinə görə gəzəyənliklə araları yoxdur. Dünyada ən astagəl balıq elə cırtdan dəniz atı sayılır: 1 saata cəmi 1,5-2 metr üzə bilir. Üzmək e!.. Məncə, daha çox atdanırlar. Yaxşı, hərəkət edirlər.

Mədələri yoxdur. Yedikləri  həzm olur, qida tullantıları da həmən xaric olur. Ona görə ömrü boyu dayanmadan yeyirlər. Əks halda acından ölə bilərlər. Gün ərzində o olmayan mədələrindən 3000-dək mikroskopik plankton ötürürlər. Yeyəndə də quyruğları ilə yosunlardan yapışıb suyu içərilərinə çəkirlər. 

Başıqapazlı vidlərinə rəğmən yırtıcı sayılırlar.

Bu cür imtahandan şilküt olmuş, amma alnı açıq-üzgəci ağ çıxan kişi də “hə” deyən kimi dişi tələsik kürüləri doldurur kişinin qarnındakı xüsusi “cibə”. O da həmin kürüləri mayalandırır. Kişinin hamiləlik dövrü ərzində okeanın əməkdar rəqqasəsi dişi xanım gün ərzində cəmi bircə dəfə, o da 5-6 dəqiqəlik gəlib ona baş çəkib gedir. Yenə sağ olsun ki, ortalığa salıb bu vəziyyətdə rəqs elətdirmir.

2-4 həftədən sonra məməlilərdəki kimi kişinin sancıları tutur, özü də bu sancılar 12 saat davam edə bilər. Sonra “cibin zamoku” açılır, balaları da düzəlir yola. Balalarının sayı 2 də ola bilər, 1000-1500 də. Azadlığa çıxan kimi balalar valideynlərini tərk edib hərəsi öz ixtiyarına verilir. Cəmi 100-dən 1-i də həddi-buluğa çatma yaşınadək sağ qalır.

 

4-5 il yaşayırlar.

Избранный
11
oxu24.com

1Источники