RU

Azərbaycan COP-da bu hadisəni dünyaya ilk fakt kimi təqdim edəcək...

Image

Akif Nəsirli: “Qida tullantılarının yenidən emal olunması təqdirəlayiq haldır”

Bu il Bakıda keçiriləcək COP29 konfransının formatına uyğun olaraq qida tullantıları yenidən emal olunacaq. Bunu COP29 üzrə Ketrinq, Təmizlik və Tullantıların Təmizlənməsi Departamentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib: 

“Buraya ümumi, qablaşdırma, şüşə və digər tullantılar çeşidlənəcək. Bundan sonra emal olunaraq aidiyyəti qurumlara təhvil verilir. Xüsusi avadanlıqlar vasitəsilə qida tullantılardan alınan gübrələri Bakı Abadlıq Xidmətinə verəcəyik”.

“Orqanik gübrələrdən istifadə edilən sahələrin nəticələri yaxşı olur, arzu edərdim ki, bu fəaliyyət sahəsi genişləndirilsin”

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, qida tullantılarından orqanik gübrə istehsalı dünyanın bir çox ölkələrində təcrübədən keçirilib, müsbət nəticələr əldə edilib: “Məlumdur ki, qida tullantıları orqanik maddələrdir, həmin maddələrin çürüdülməsi, müxtəlif texnologiyalardan keçirilməsi ilə orqanik gübrəyə çevrilməsi mümkündür. Biri var orqanik gübrələrdən istifadə edilsin, biri də var kimyəvi. Orqanik gübrələrdən istifadə edilən sahələrin nəticələri yaxşı olur. Arzu edərdim ki, bu fəaliyyət sahəsi genişləndirilsin. Bu, kənd təsərrüfatının müəyyən seqmentində müəyyən rol oynaya bilər”.

Həmsöhbətimiz bildirdi ki, gübrə istehsalının iki mənbəyi var. Qida tullantıları və heyvandarlıq tullantılarından hasil olunanlar da orqanik gübrə sayılır: “Bizim ölkəmizdə heyvandarlıq tullantılarından orqanik gübrə kimi istifadə edilir. Ancaq onun hazır olması üçün ən azı təbii şəraitdə bir il gözləmək lazımdır. Ancaq texnoloji proses nəticəsində əldə olunan məhsul bir neçə saat ərzində gübrəyə çevrilə bilər. Təəssüf ki, ölkəmizdə bu sahə üzrə ciddi addım atılmır. Heyvandarlıq tullantılarının texnoloji proseslərlə orqanik gübrəyə çevrilməsi təcrübəsi yox dərəcəsindədir. Tullantılar bir yerə toplanır, bir ildən sonra hazır məhsul hesab olunur və ondan lazımi şəkildə istifadə olunur”.

Ekspert hesab edir ki, qida tullantılarının yenidən emal olunması təqdirəlayiq haldır. Bu hal COP-dan da sonra davam etməlidir. 

Günel CƏLİLOVA





Избранный
110
10
baki-xeber.com

10Источники