Xəzər RETSİ-nə (Rayon Enerji Təchizatı və Satışı İdarəsi) daxil olan Binə qəsəbəsində elektrik xətlərinin yenilənməsi işləri ilə əlaqədar noyabrın 2-də və 4-dən 8-dək elektrik xətləri sifarişə əsasən açılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərişıq” məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək Binə Atçılıq yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта