RU

ABŞ Ukraynaya 425 milyon dollar dəyərində daha bir yardım paketi ayırıb

ABŞ Ukraynaya 425 milyon dollar dəyərində daha bir hərbi yardım paketi ayırdığını açıqlayıb.

APA xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Yeni yardım paketinə "NASAMS" zenit-raket artilleriya kompleksləri üçün döyüş sursatı, "HIMARS" yayılım atəşi sistemi, “Stinger” zenit-raket kompleksləri, 155 və 105 mm-lik artilleriya mərmiləri, "TOW" tank əleyhinə sistemlər üçün döyüş sursatları, "Javelin" və "AT-4" tank əleyhinə sistemlər, PUA əleyhinə avadanlıqlar, hava-yer döyüş sursatları, “Stryker” zirehli personal daşıyıcıları, atıcı silahlar və sursatlar daxildir.

Избранный
19
9
apa.az

10Источники