RU

"Amorimə uğurlar arzulayıram”

"Çelsi"nin baş məşqçisi Enzo Mareska Ruben Amorimin "Mançester Yunayted"ə baş məşqçi təyin olunması ilə bağlı danışıb.

90deqiqe.Az xəbər verir ki, 44 yaşlı çalışdırıcı Rubenin "qırmızı şeytanlar" üçün yaxşı seçim olduğunu bildirib.

“Ona ən yaxşısını arzulayıram. Əgər “Mançester Yunayted” rəhbərliyi belə bir qərar veribsə, deməli, bunu düzgün hesab edirlər. Ruben və onun klubuna uğurlar arzulayıram. Oyundan əvvəl Ruud Van Nistelroy ilə danışdım? Xeyr, mən onunla danışmamışam. Matçdan əvvəl bazar günü onu möhkəm qucaqlayacağam, çətin oyun gözləyirəm”, - deyə Mareska oyunöncəsi mətbuat konfransında bildirib.

"Mançester Yunayted" - "Çelsi" matçı bazar günü "Old Trafford"da keçiriləcək, qarşılaşmanın Bakı vaxtı ilə saat 20:30-da başlaması planlaşdırılır.

Избранный
72
90deqiqe.az

1Источники