RU

Pirsinqin acı nəticəsi

Rusiyanın Moskva vilayətindən olan bir qızın qulaqlarında pirsinqdən sonra əmələ gələn 2 santimetrlik şişlər çıxarılıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyinin regional idarəsi məlumat yayıb.

Balaşixa xəstəxanasına 20 yaşlı qız qulaqlarında şiş və qaşınma şikayətləri ilə müraciət edib. Bundan əlavə, simptomlar xəstədə estetik narahatlığa səbəb olub.

Diaqnoz göstərib ki, səbəb keloid çapıqları - birləşdirici toxumadan böyüyən xoşxassəli yeni törəmələrdir.

Qızın özünün dediyinə görə, bir neçə il əvvəl pirsinq etdirdikdən sonra qulağın deşildiyi yerlərdə düyünlər əmələ gəlib və zaman keçdikcə ölçüləri artmağa başlayıb.

Xəstəyə lokal anesteziya altında yerli toxumalarla plastik cərrahiyyə əməliyyatı aparılıb.

Hazırda qız özünü yaxşı hiss edir və evə buraxılıb. Belə halların yaranmasının qarşısını almaq üçün həkimlər gənclərə pirsinqdən çəkinməyi məsləhət görüblər.

Nubar Süleymanova, “İki sahil”

Избранный
25
ikisahil.az

1Источники