RU

Türkiyə İsraillə ticarətə davam edirmi? - Ticarət naziri açıqladı

Ticarət naziri Ömər Bolat İsraillə ticarətin davam etdiyi iddialarına cavab verib. Nazir Bolat, 2 May 2024-cü il tarixindən etibarən bütün məhsullar üçün ixrac və idxal əməliyyatlarının dayandırıldığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Ticarət naziri Ömər Bolat sosial media hesabından Türkiyənin İsraillə ticarətini davam etdirməsi ilə bağlı iddialara cavab verib. Nazir Bolat açıqlamasında İsraillə ixrac və idxal əməliyyatlarının 2 may 2024-cü ildə dayandırıldığını açıqlayıb.

Məsələ ilə bağlı sosial şəbəkə hesabından açıqlama verən nazir Bolat bunları deyib:

Hökumətimiz 2 may 2024-cü il tarixindən etibarən İsrail daimi atəşkəs elan edənə və Qəzza zolağına kifayət qədər və fasiləsiz humanitar yardım axınına icazə verənə qədər bütün məhsullar daxil olmaqla, İsraillə bağlı ixrac və idxal əməliyyatlarını tamamilə dayandırıb. Bu tarixdən sonra ölkəmizdən İsrailə ixrac və idxal üçün heç bir gömrük bəyannaməsi qeydə alınmır. Eləcə də İsraildən ölkəmizə heç bir yük daşınmır. Gömrük sistemimiz İsraillə ticarət üçün tamamilə bağlıdır.

Digər tərəfdən, 2 may 2024-cü il tarixli Qərarımızda ifadə etdiyimiz kimi, Qərb Şəriyəsi, Şərqi Qüds və Qəzzanı əhatə edən təxminən 6 milyon əhalisi olan Fələstinin ehtiyac duyduğu məhsulların təmin edilməsi məqsədi ilə ixracat yalnız Fələstin Milli İqtisadiyyat Nazirliyinin tələbi ilə əldə edilmiş qarşılıqlı razılaşma çərçivəsində icazə veriləcək. Əgər təyinat yeri Fələstindirsə və alıcının Fələstinli idxalçı olduğu Fələstin Milli İqtisadiyyat Nazirliyi ilə rəsmi şəkildə təsdiq edilərsə, icazə verilir.

Fələstin Milli İqtisadiyyat Nazirliyi tərəfindən dəfələrlə qeyd olunub ki, bu mallar yalnız Fələstin tərəfindən istifadə olunur; Ticarət məlumatlarımızdan belə anlaşılır ki, sözügedən mallar Fələstinlə ticarətimizə aiddir.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Избранный
15
turkustan.az

1Источники