Bu il oktyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,5 bənd təşkil edib.
Bu barədə Bakupost.az -a Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, aylıq müqayisədə 0,2 bənd az, ilin əvvəlinə nisbətən 1,5 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,4 bənd çoxdur.
Oktyabrın 1-nə manatın real effektiv məzənnəsi isə 118,2 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,6 bənd, ilin əvvəlinə nisbətən 3,2 bənd, illik müqayisədə isə 5,1 bənd azdır.