İsrail Müdafiə Qüvvələrinin dünən Livanın Tir bölgəsinə endirdiyi zərbələr nəticəsində Hizbullahın iki komandiri zərərsizləşdirilib.
Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Məlumatda bildirilir ki, oktyabr ayında İsrailə doğru 400-dən çox mərmi atılmasına cavabdeh olan Hizbullah qüvvələrinin sahil sektoru komandiri Musa İzzəddin və Hizbullahın sahil sektorundakı artilleriya komandiri Həsən Məcid Daib zərərsizləşdirilib.