RU

Almaniya millisinin üzvü Premyer Liqaya qayıda bilər

"Bavariya"nın futbolçusu Leroy Sane İngiltərə Premyer Liqasına qayıda bilər.

Sportal.az xəbər verir ki, "Arsenal" almaniyalı vingeri heyətinə qatmaq istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.

London təmsilçisinin baş məşqçisi Mikel Arteta mövsümün sonunda klubu ilə müqaviləsi başa çatan 28 yaşlı futbolçunu komandasında görmək arzusundadır.

Qeyd edək ki, "Bavariya" Leroy Saneni 2020-ci ilin yayında "Mançester Siti"dən transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 3 qol vurub.

saytlarin hazirlanmasi

Избранный
67
sportal.az

1Источники