RU

İranın "ANLAŞILMAZ" CAVABI

İran yaxın iki-üç gün ərzində İsraili vura bilər.

Publika.az xəbər verir ki, bu barədə İran rəhbərliyinə yaxın mənbələrə istinadla "Financial Times" (FT) yazıb.

Nəşr iddia edir ki, zərbə oktyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl də vurula bilər.

Noyabrın 2-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü general Əli Məhəmməd Naini deyib ki, İran İsrailin hücumuna “anlaşılmaz” cavab verəcək.

Həmin gün bildirilib ki, İranın Ali Milli Təhlükəsizlik Şurası oktyabrın 26-da İslam Respublikasındakı hədəflərə endirilən zərbəyə görə İsrailə hərbi cavab verilməsinin zəruriliyi barədə qərar qəbul edib. İran Məclisinin Milli Təhlükəsizlik Komitəsinin üzvü İsmail Kosari qeyd edib ki, bu cavab bütün əvvəlkilərdən qat-qat güclü olacaq və "Müqavimət Oxu"nun qüvvələrinin iştirakı ilə həyata keçiriləcək.

Избранный
48
1
publika.az

2Источники