RU

İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İspaniyada baş verən daşqınlar nəticəsində ölənlərin sayı 211 nəfərə çatıb, onlarla insan hələ də itkin sayılır.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
İspaniyanın Baş naziri Pedro Sançesin sözlərinə görə, hökumət fəlakət bölgəsində yerləşdirilmiş 2 500 hərbçidən əlavə, axtarış və təmizləmə işlərinə kömək üçün daha 5 000 hərbçi göndərir.
"Bu, İspaniya Silahlı Qüvvələrinin sülh dövründə həyata keçirdiyi ən böyük əməliyyatdır. Hökumət lazım olduğu müddətdə bütün resursları səfərbər edəcək", - Sançes bildirib.
Qeyd olunur ki, İspaniyada baş verən bu təbii fəlakət, 1967-ci ildə Portuqaliyada azı 500 nəfərin ölümünə səbəb olan daşqınlardan sonra Avropada ən böyük fəlakət hesab olunur.
Избранный
38
50
oxu.az

10Источники