Türkiyədə birinci liqanın 11-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Bandırmaspor” səfərdə “Adanaspor”la qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Diniyev start heyətində meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, hazırda "Bandırmaspor" 21 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komandanı lider "Kocaelispor"dan 1 xal ayırır.