Xəbər verdiyimiz kimi, Braziliyanın "Fluminense" klubu məşhur futbolçusu Marselo ilə yollarını ayırıb.
“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı müdafiəçinin müqaviləsinə xitam verilib.
Buna səbəb 37 yaşlı futbolçunun baş məşqçisi Menezeslə mübahisə etməsi olub. O, ölkə çempionatının "Qremio" ilə matçında (2:2) oyuna daxil olarkən baş məşqçisinin ona verdiyi taktiki tapşırıqlara etiraz edib. Buna görə də Menezes dəyişikliyi ləğv edib və Marselonu meydana buraxmayıb.
Videodan göründüyü kimi, baş məşqçi Marseloya narazılığını sərt formada ifadə edib.