RU

Braziliya klubu Marselo ilə müqaviləyə xitam verdi

Braziliya millisinin sabiq üzvü Marselo "Fluminense"dən (Braziliya) ayrılıb.

Bizim.Media klubun rəsmi saytına istinadla xəbər verir ki, 37 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
 

Futbolçu 2023-cü ildən "Fluminense"nin formasını geyinirdi.


Marselo ötən gün Braziliya A Seriyasının XXXII turunda "Qremio" ilə keçirilmiş matçda oyuna daxil olmağa hazırlaşarkən baş məşqçisi Mano Menezes ilə arasında söz münaqişəsi yaranıb. Mütəxəssis daha sonra fikrini dəyişərək əsəbi halda 37 yaşlı müdafiəçini ehtiyat oyunçular skamyasına göndərib.

Qeyd edək ki, Marselo karyerasının ən parlaq dönəmini İspaniyanın “Real Madrid” komandasında keçirib.

Bizim.Media

Избранный
18
17
bizim.media

10Источники