RU

Dövlət İmtahan Mərkəzi peşəkar mühasib sertifikatı imtahanının ilk mərhələsini keçirib

Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 3-də peşəkar mühasib sertifikatı (PMS) imtahanının birinci mərhələsini - mühasibat uçotu üzrə imtahanı təşkil edib.

DİM-dən Day.Az-a verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 9 binada kağız daşıyıcılar vasitəsilə keçirilib. İmtahan prosesinə 9 ümumi imtahan rəhbəri, 21 imtahan rəhbəri və 162 nəzarətçi cəlb olunub.

İmtahan 3 saat davam edib və iştirakçılara 40 test tapşırığı təqdim edilib. Tapşırıqların 30-u qapalı, 10-u isə açıq tipli olub. Namizədlər maksimum 100 bal toplaya bilərlər. Qapalı tipli sualların 20-si 1 balla, 10-u isə 2 balla qiymətləndirilib. Açıq tipli sualların 8-i 5, 2-si isə 10 balla dəyərləndirilib.

İmtahan nəticələri yazılı cavab tələb edən sualların yoxlanılması səbəbindən yaxın 5 həftə ərzində açıqlanacaq.

Избранный
25
6
day.az

10Источники