RU

İran yekun qərarını verdi, ölkənin hava məkanı bağlandı- İsrailə hücum hər an başlaya bilər…

Image

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü İsmayıl Kevseri İsrailin hücumundan sonra İranın cavab tədbirləri ilə bağlı açıqlamalar verib.

Milli Təhlükəsizlik Şurasının bütün üzvlərinin İsrailə hərbi cavab veriləcəyi mövzusunda həmfikir olduqlarını deyən Kevseri deyib ki, İsrailə cavabla bağlı son qərar verilib. Hücumun nə vaxt başlayacağına gəlincə, Kevseri bunun silahlı qüvvələrdən asılı olduğunu deyib. 

“Əməliyyatın necə və nə vaxt həyata keçiriləcəyi ilə bağlı planlama aparılır. İsrailə verilən cavab “Gerçək vəd 2” əməliyyatından daha dağıdıcı olacaq və bununla bağlı bölgədəki müqavimət qüvvələri ilə birgə hərəkət edəcəyik" – deyə o, bildirib.

İranın müharibə tələsinə sürükləndiyinə dair hökumət mənbələrindən gələn açıqlamaları dəyərləndirən Kevseri, İsrailə cavabla bağlı qərarın Milli Təhlükəsizlik Şurasına aid olduğunu bildirib.

Bu arada, NOTAM verərək ölkənin hava məkanını kommersiya uçuşlarına bağladığı xəbərləri yayılıb. İddialara görə, İran Mülki Aviasiya qurumunun 4 noyabr saat 02.30-dan 6 noyabr 18.30-a kimi hava məkanında uçuşlarla bağlı xəbərdarlıq mətni (NOTAM) yayıb.

TAHİR





Избранный
61
baki-xeber.com

1Источники