RU

İranda zəlzələ: Xəsarət alanların sayı artdı

İranın Simnan əyalətinin Gərmsar şəhərində baş verən zəlzələ nəticəsində yaralananların sayı 24 nəfərə çatıb...

Oxu.Az "Azad İran"a istinadən xəbər verir ki, onların bir çoxu əsəb gərginliyindən əziyyət çəkir. Hazırda üç nəfər xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Gərmsar şəhərində qeydə alınan zəlzələ Rixter cədvəli üzrə 4,8 bal gücündə olub.

***

İranın şimalında Semnan ostanında 4,8 maqnitudalı zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 05.16 radələrində baş verən zəlzələnin ocağı Gərmsar şəhəri yaxınlığında, 11 km dərinlikdə yerləşib.

Zəlzələ Tehran və Kərəc şəhərində də hiss edilib.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Poliqon.info

Избранный
29
6
poliqon.info

8Источники