RU

Medvedev: "Trampı Kennedinin taleyi gözləyir"

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev əmindir ki, Donald Tramp ABŞ prezident seçkilərində qalib gəlsə, Ukraynada müharibəni dayandıra bilməyəcək.

Teleqraf.com xəbər verir ki, D.Medvedev Teleqram kanalında yazıb: “Mən razılaşma təklif edəcəm” və ya “Mənim əla münasibətim var...” kimi ifadələri ilə gündəmə gələn yorğun Tramp sistemin bütün qaydalarına tabe olmalı olacaq. O, müharibəni dayandıra bilməz. Nə bir gündə, nə üç gündə, nə də üç ayda. Əgər o, həqiqətən də cəhd etsə, yeni Kennedi ola bilər".

Qeyd edək ki, ABŞ-ın 35-ci prezidenti Con Fitscerald Kennedi 1963-cü ildə sui-qəsd nəticəsində öldürülüb.


Müəllif: Teleqraf.com
Избранный
35
7
teleqraf.com

10Источники