Paytaxtın Xətai rayonu ərazisində yerləşən “Təbrik” restoranında toydan sonra kütləvi dava düşüb.
Davanən görüntüləri sosial şəbəkədə yayılıb.
Hadisənin ötən gecə baş verdiyi bildirilir.
Görüntülərdə toy iştirakçılarının bir-biri ilə əlbəyaxa olduğu öz əksini tapıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı qeyd edib ki, hadisə ilə bağlı ərazi üzrə polis şöbəsində araşdırma başladılıb, hadisə iştirakçıları müəyyən olunaraq izahatları alınıb. Faktla bağlı araşdırma davam etdirilir.