RU

ABŞ prezident seçkilərində 78 milyondan çox insan vaxtından əvvəl səs verib

Noyabrın 5-də keçirilən prezident seçkilərində 78 milyondan çox insan erkən səs verib.

Editor.az bu barədə Florida Universitetinin Seçki Prosesləri Laboratoriyasının məlumatına istinadla xəbər verir.

Florida Universitetinin Seçki Prosesləri Laboratoriyası 78 milyon ABŞ vətəndaşının səsvermədə iştirak etdiyini açıqlayıb. Açıqlanan məlumata görə, təxminən 42 milyon 600 min seçici seçki məntəqələrində erkən, 35 milyon 300 min vətəndaş isə poçt vasitəsilə vaxtından əvvəl səs verib. Açıqlamada tələb edilən poçt bülletenlərinin sayının 67 milyon 400 min olduğu bildirilib.

Qeyd edək ki, ABŞ-da keçirilən son prezident seçkilərində erkən səslərin sayına görə rekord qırılıb. Seçki Layihəsinin verdiyi məlumata görə, 2020-ci ildə koronavirusun yayılması kontekstində noyabrın 3-dən əvvəlki günlərdə 101 milyondan çox insan poçtla və ya birbaşa seçki məntəqələrində səs verib. Respublikaçı namizəd Donald Tramp poçtla verilən səslərin çoxluğuna görə demokratları saxtakarlıqda ittiham edib. Bununla belə, cari seçki mövsümündə respublikaçılar da öz tərəfdarlarını erkən seçkilərə getməyə çağırırlar.

//Gülnarə Abasova, Editor.az

Избранный
6
editor.az

1Источники