RU

Kurskda Şimali Koreya və Ukrayna ordusu arasında döyüşlər başlayıb

Kurskda

Şimali Koreya (KXDR) qoşunları artıq Kursk istiqamətində Ukrayna Silahlı Qüvvələri ilə döyüşə başlayıb.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib.

Təfərrüatları açıqlamayan Kovalenkonun sözlərinə görə, KXDR-in ilk hərbçiləri artıq Kursk vilayətində atəşə tutulub.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti Şimali Koreyanın Rusiyaya 10 minə yaxın hərbçi göndərdiyini təsdiqləyib. Qeyd olunub ki, Şimali Koreya qoşunları yaxın günlərdə Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak edə bilər.

Bundan əlavə, Ukrayna Baş Kəşfiyyat İdarəsi Rusiya Federasiyasının Ukrayna sərhədlərinə köçürdüyü KXDR əsgərlərinin nə ilə silahlandığını açıqlayıb.

Bildirilir ki, KXDR əsgərləri bölgəyə Aerokosmik Qüvvələrin ən azı 28 hərbi-nəqliyyat təyyarəsinin köməyi ilə köçürülüb.

“The Wall Street Journal” yazıb ki, Şimali Koreyanın qoşun göndərmək qərarı Çin üçün dilemma yaradır, onun qonşularına təsir imkanlarının sərhədlərini sınaqdan keçirir.

E. KAMAL
Избранный
28
25
reyting.az

10Источники