RU

Azərbaycanda rus sonluqlu soyadları dəyişmək məcburidir? - Deputat AÇIQLADI

Məlum olduğu kimi, 1993-cü il fevralın 2-də Milli Məclis Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında qərar qəbul edib. Qərara əsasən, Azərbaycan vətəndaşları -ov, -yev, sonluqlu soyadlarını -lı, -li, -lu, -lü; -zadə; -oğlu, -qızı sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Nazirlər Kabinetinin 2011-ci il təsdiqlədiyi qaydalara əsasən, 18 yaşına çatmış hər bir vətəndaş ərizə verib soyadının sonluğuna dəyişiklik edə bilər.

 

Lakin sosial şəbəkələrdə bu qərarın məcburi olacağı barədə məlumatlar yayılıb. Belə ki, iddialara görə “ov, yev” soyad sonluqlarının tam ləğv olunacaq.

 

Ümumiyyətlə, belə bir qadağanın olması gözlənilirmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Fazil Mustafa bildiirb ki, bu hüquq verilib, dəyişiklik edib-etməmək isə insanların könüllü seçimidir:

 

“Bu məsələ qanunvericiliklə öz həlini tapmalıdır. Bunu xüsusi məcburiyyət formasında tətbiq etmək yanlış olar. Kim istəyirsə, dəyişə bilər. Dəyişmək istəməyi isə məcbur etmək olmaz. Burada könüllülük prinsipi rol oynayır”.

 

“Bəzən bir identifikasiyanı 30 il öncənin tələblərinə uyğun görmək istəyirik, lakin indi müstəqil dövlətimiz var. Soyadın fərqli olması kiminsə vicdanlı və ya dürüst olması, ya da milli soyad götürənlərin milliliyə daha bağlı olması mənasına gəlmir. Bunu insanların öz seçiminə buraxmaq lazımdır. Qaşınmayan yerdən qan çıxarmağa ehtiyac yoxdur”, - millət vəkili qeyd edib.

 

Firuzə Əliyeva
 

Избранный
30
sfera.az

1Источники