Ermənistanın revanşist müxalifət hərəkatının lideri, keşiş Vazgen (Baqrat) Qalstanyan Moskvanın Şeremetyevo hava limanında fotoları görüntülənib.
Hafta.az xəbər verir ki, bu haqda “Armtimes” məlumat yayıb.
Onunla birlikdə deputat Artur Sarkisyan da Moskvaya gedib.
Bundan əvvəl Baqrat Qalstanyanın ideyalarını yayan telegram-kanal onun iki günlük xaricə gedəcəyini açıqlamışdı.
Qalstanyanın müalicə üçün xaricə getdiyi iddia edilirdi.
Lakin mətbuatda yayılan məlumata görə, o, tibbi müayinədən keçmək adı ilə Rusiya Federasiyasının bəzi dairələri ilə görüşmək üçün Moskvaya gedib.
Politoloq Edqar Arakelyan “Haykakan Jamanak” la söhbətində B.Qalstanyanla bağlı hansısa araşdırmaya ehtiyac olduğunu, buna görə də iki günlük xaricə aparıldığını demişdi. Arakelyan Qalstanyanın əslində Kremlə getdiyini də istisna etməmişdi.