İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın paytaxtı Dəməşq Beynəlxalq Hava Limanına gedən yolda yerləşən Seyidə Zeynəbin cənub-şərq ətrafına hücum edib.
Al Hadath telekanalının verdiyi məlumata görə, Suriya ordusunun tərəfində vuruşan şiə Hizbullah birləşmələrinin düşərgələri yaxınlığındakı Əl-Məzar bölgəsində bir neçə partlayış səsi eşidilib. Onların tərkibindəki itkilər və maddi ziyan barədə məlumat verilmir.