RU

Simeonenin oğlu irqçilikdə ittiham olundu

İspaniyanın 3-cü liqa təmsiıçisi “Rayo Mayadahonda” klubunda oynayan “Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeonenin oğlu Canluka Simeone "Qvadalaxara" ilə matçda rəqib futbolçunu irqi təhqir edib.

Fanat.Az xəbər verir ki, məlumatı "RMC Sport" yayıb. 

Mənbənin məlumatına görə, oyunun sonuna yaxın "Qvadalaxara"nın futbolçusu Xulio Martines hakimə şikayət edib ki, Simeone onu “lənətə gəlmiş meymun” adlandırıb. 

Bundan sonra oyun iki dəqiqə dayandırılıb. Ədalət təmsilçiləri öz aralarında məşvərət aparıblar. Onlardan heç biri futbolçunun sözlərini eşitmədiyi üçün Canluka vərəqə almayıb. Argentinalı özü də irqçi davranış ittihamlarını rədd edib.

Mirağa 

Избранный
10
fanat.az

1Источники